Azərbaycan çempionu birinci səbətdə!
29.06.2009 - 12:05
UEFA Futzal kubokunun püşkatması ərəfəsində klubların yer aldığı səbətlərin tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mübarizəyə əsas mərhələdən başlayacaq Naxçıvanın “Araz” komandası birinci səbətdə yer alıb.
Bu mərhələnin 24 iştirakçısından 16-nın adı məlumdur. Daha 7 komanda təsnifat mərhələsinin qalibləri olacaq ki, həmin oyunlar avqustun 15-23-də keçirləcək. Daha bir komanda isə sona çatmayan Portuqaliya birinciliyinin qalibi olacaq. “Benfika” çempion olsa birinci, “Belenenseş” titul qazansa ikinci səbətdə yer alacaq. Əsas mərhələdə 6 qrupun hərəsində 4 komanda mübarizə aparacaq. Qrup qalibləri və iki ən yaxşı ikinci yer sahibi elit raunda yüksələcək ki, burada da 12 klub çıxış edəcək. “Araz”ın mübarizə aparacağı mərhələ oyunları Rumıniya, Belçika, Çexiya, Xorvatiya, Sloveniya və Macarıstanda keçiriləcək.
Mübarizəyə elit raunddan (14-22 noyabr) başlayacaq komandalar:“İntervyu” (İspaniya), “VİZ-Sinatra” (Rusiya), “Mursiya” (İspaniya), “Kaytrat” (Qazaxıstan).
Əsas mərhələ (26 sentyabr - 4 oktyabr)
I səbət: “Şarlerua” (Belçika), “Araz” (Azərbaycan), “Luparense” (İtaliya), “Deva” (Rumıniya), “Xrudim” (Çexiya), “Benfika” (Potuqaliya) və ya “İberiya” (Gürcüstan).
II səbət: “Belenenseş” (Portuqaliya) və ya “İberiya” (Gürcüstan), “Taym” (Ukrayna), “Şkövde” (İsveç), “Podpiçan” (Xorvatiya), “Viten Orşa” (Belarus), “Hurtapu Legika” (Polşa).
III səbət: “Kolubara” (Serbiya), “Puntar” (Sloveniya), “Marlen” (Hollandiya), “Afina-90” (Yunanıstan), “Berettyujfalu” (Macarıstan), təsnifat mərhələsinin qaliblərindən biri.
IV səbət: təsnifat mərhələsinin 6 qalibi.

0
0