Azərbaycanda futbol azarkeşlərinin sayı artıb
29.06.2009 - 12:18
UEFA-nın Avropa klublarının lisenziyalaşdırılması ilə bağlı hesabatında milli çempionatlarda tamaşaçı sayının orta göstəricisi qeyd olunub. Apasport.az saytının məlumatına görə, 2007-ci il üçün nəzərdə tutulan bu sıralamada Azərbaycan axırdan əvvəlki qrupda yer alıb.
Həmin vaxt çempionatımızda hər oyunu orta hesabla 1000-2000 azarkeş izləyib. Bu qrupa ölkəmizlə yanaşı, İslandiya, İrlandiya, Makedoniya, Moldova və Şimali İrlandiya daxildir. Son qrupda isə orta hesabla 1000-dən aşağı tamaşaçının olduğu ölkələr - Andorra, Ermənistan, Gürcüstan, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Malta, San Marino, Sloveniya, Uels, Farer adaları və Estoniya yer alıb.
Gözlənildiyi kimi, ən böyük azarkeş kütləsinə malik çempionatlar İngiltərə, Almaniya, İspaniya və Fransadır - hər matçda orta hesabla 20000-dən çox. İtaliya 10000-20000 azarkeşə malik 2-ci qrupa daxildir ki, orada Türkiyə, Rusiya kimi ölkələr də var.
Qeyd edək ki, Azərbaycan 2006-cı illə müqayisədə, 2007-ci ildə çempionatda tamaşaçı artımı olan ölkələrdəndir. Bu artım 20 faizdən yuxarı təşkil edib. Nəticədə Azərbaycan ən yüksək azarkeş artımının olduğu 6 ölkədən birinə çevrilib. Bizdən başqa, İslandiya, İrlandiya, Polşa, Serbiya və İsveçrədə də 2006-cı ilə nisbətən, 2007-ci ildə stadionlara 20 faiz çox azarkeş gəlib.

0
0