“Çelsi” Şevçenkonu Qətərə pulsuz buraxır
29.06.2009 - 13:47
Tanınmış ukraynalı hücumçu Andrey Şevçenkonun karyerasını Qətərdə davam etdirmək variantı ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, futbolçunun məxsus olduğu “Çelsi” rəhbərliyi onu “Əl-Qərəf”ə pulsuz buraxmağa da hazırdır.
Andreyə İtaliyanın “Roma” və Fransanın “Lion” klubları da maraq göstərsə də, keçidlə bağlı əsas çətinlik futbolçunun yüksək məvacibin ödənilməsi ilə bağlıdır. Belə ki, Şevçenko həftədə 100 min funt sterlinq (129 min avroya) maaş alır. Hücumçu ilə ciddi maraqlanan qətərlilər onun müqaviləsinin maliyyə şərtlərini ödəməyə hazırdırlar. Ancaq Şevçenkonun və onun ailəsinin Qətərə getməyə razı olub-olmamağı hələ bilinmir.
Andrey ötən mövsüm icarə əsasında “Milan”da çıxış etsə də, ora qayıdışı uğursuz oldu və onunla anlaşmanın müddəti uzadılmadı. Mövsüm bitəndən sonra “Çelsi”nin sükanı arxasına keçən “Milan”ın sabiq baş məşqçisi Karlo Anşelotti Şevçenko ilə yollarını ayırmaq fikrindədir.
Qeyd edək ki, “Əl-Qərəf” klubu az öncə “Lion” klubunda çıxışı ilə tanınan braziliyalı yarımmüdafiəçi Juninyo Pernambukanı transfer edib.

0
0