“Xəzər-Lənkəran” “Santos”a vəzifə verdi
29.06.2009 - 14:48
“Xəzər-Lənkəran” “Santos”a vəzifə verdi
“Xəzər-Lənkəran” klubunun futbolçusu Ramiz Kərimov karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı qapıçını bu addımı atmağa aldığı təklif vadar edib. Belə ki, ona komandanın lisenziyalaşdırma üzrə meneceri vəzifəsini tutmaq təklif olunub. Üç ildir lənkəranlıların şərəfini qoruyan Kərimov da bu məsuliyyəti öz üzərinə götürməyə razılıq verib.

Qapıçı üç mövsüm “Xəzər-Lənkəran”ın sıralarında olsa da, cəmi 1 çempionat oyununda meydana çıxıb. Yalnız bu il “Muğan”la görüşdə debüt edən Ramiz 32 dəqiqəyə 1 qol buraxıb. Ümumilikdə, MOİK, “Xəzər Universiteti” və “Şahdağ”ın da formasını geyinmiş qapıçı Premyer Liqada 44 matça çıxaraq, 42 qol buraxıb. Bu qarşılaşmaların birində o sahə oyunçusu kimi çıxış edib.

Qeyd edək ki, Kərimov Azərbaycan futbolunda “Santos” ləqəbi ilə tanınır.