Əhmədov da Avropa Liqasında
29.06.2009 - 15:51
Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Riyeka” (Xorvatiya) – “Differdanj” (Lüksenburq) oyununun hakimlərinin tam siyahısı müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, iyulun 23-də keçiriləcək qarşılaşmada FİFA referisi Vüsal Əliyevə həmyerlilərimiz kömək edəcək. Görüşün yan xətt hakimləri isə FİFA laynsmanları İlham Əliyev və Orxan Məmmədov olacaq. Xorvatiyadakı matçın ehtiyat hakimi funksiyasını isə Rövşən Əhmədov yerinə yetirəcək.
0
0