Yığmamızdan Litvaya 5 qol!
29.06.2009 - 16:22
Yığmamızdan Litvaya 5 qol!
Azərbaycanın 19 yaşlılardan ibarət milli komandası (U-19) Litvanı məğlub edib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamız bu gün "Jonava" stadionunda keçirdiyi növbəti yoldaşlıq görüşündə Litvanı üstələyib - 5:3. Komandamızdan iki dəfə Mirhüseyn Seyidov, hərəyə bir dəfə isə Tural İsgəndərov, Rəşad Eyyubov və Emin Mehdiyev fərqlənib.

Qeyd edək ki, Litva ilə Azərbaycan arasında iyunun 27-də keçirilən ilk yoldaşlıq görüşü heç-heçə nəticələnmişdi - 1:1.