BATE-nin futbolçusu “Xəzər-Lənkəran”a gəlir
29.06.2009 - 23:00
Belarusun BATE klubunun futbolçusu “Xəzər-Lənkəran”a baxışa gələcək. Bu haqda apasport.az saytına Lənkəran təmsilçisinin baş məşqçisi Ağasəlim Mircavadov məlumat verib. Onun sözlərinə görə, 23 yaşlı slovakiyalı müdafiəçi İvan Peça Türkiyədə sınanacaq: “Bu gecə qardaş ölkəyə təlim-məşq toplanışına yollanırıq. Bizə qapıçı istisna olmaqla, hər mövqeyə futbolçu lazımdır. Xüsusilə, mərkəz müdafiəçisinə ehtiyacımız var. Menecer bizə bir neçə konkret futbolçular təklif edib ki, onlardan biri də BATE-nin müdafiəçisi İvan Peçadır. Baxışa gələcək digər müdafiəçi isə belaruslu Aleksandr Şaqoykodur. O, Ukraynada “Krivbass”da forma geyinir. Həm müdafiənin mərkəzində, həm də sağında oynaya bilir. Türkiyəyə daha 4 legioner baxışa gələcək. Bunlar slovakiyalı, sloveniyalı, argentinalı olacaq. Bizə orta sahə oyunçusu, hücumameylli yarımmüdafiəçi və hücumçu lazımdır və bu mövqelərə futbolçu axtarırıq. Legionerləri bəyənəndən sonra rəhbərlik müqavilə məsələlərinin həlli ilə məşğul olacaq”.
Ötən ilin fevralında “Krivbass”a gələn 1,81 metr boya malik Şaqoyko vətənində “Qomel” və “Belşina” da çıxış edib. 1,84 metr boyu olan Peça isə vətənində “Slovan”, “Senec”, habelə Rumıniyada “Çahlaul”un şərəfini qoruyub.
İvan “Xəzər-Lənkəran”ın ötən ilin qışında qalibi olduğu “MDB və Baltikyanı ölkələri çempionlarının Birlik kuboku” turnirinin yarımfinalında BATE-ni 2:1 hesabı ilə oyunda iştirak etməyib. BATE-yə ötən ilin avqustunda gələn slovak müdafiəçi komandada möhkəmlənə bilməyib və cəmi bir oyun keçirib. Hər halda, İvan Çempionlar Liqasının qrup mərhələsində “Yuventus”a qarşı oynayıb. O, Borisov şəhərində 2:2 hesabı ilə nəticələnən matçda 90-cı dəqiqədə meydana daxil olub.

0
0