Alman məşqçi futbolçularımızdan narazı qaldı
29.06.2009 - 17:22
Alman məşqçi futbolçularımızdan narazı qaldı
Azərbaycan milli komandasının baş məşqçisi yetirmələrindən narazı qalıb. Apasport.az saytının məlumatına görə, Litvada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət yığmamızın almaniyalı çalışdırıcısı Bernard Lippert komandadakı çatışmazlıqlardan narahatdır. Almaniyalı mütəxəssis Litva yığması ilə yoldaşlıq oyunundakı 5:3 hesablı qələbənin ardından matçla bağlı fikirlərini AFFA-nın rəsmi internet saytına bildirib: “Məşqçi korpusu olaraq nəticədən razı qaldıq. Amma 30-cu dəqiqədən 60-cı dəqiqəyədək yaxşı oynaya bilmədik. Mövcud çatışmazlıqları aradan qaldırmaq üçün çalışmalıyıq. Qol vurmaqda çətinlik çəkməməyimiz sevindirici haldır”.