Litvalı məşqçi: Azərbaycanlı futbolçular qələbəyə layiq idi
29.06.2009 - 17:25
Litvalı məşqçi: Azərbaycanlı futbolçular qələbəyə layiq idi
Litva milli komandasının baş məşqçisi Azərbaycan yığmasının oyununu bəyənib. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət yığmamızın Litva ilə yoldaşlıq oyunundan sonra Mindauqas Neoras qonaqların daha yaxşı oynadığını etiraf edib. Azərbaycan yığmasının 5:3 hesablı qələbəsini ədalətli sayan çalışdırıcı qarşılaşma haqda fikirlərini AFFA-nın rəsmi internet saytına bildirib: “Azərbaycan yığmasını təbrik edirəm. Qələbəyə layiq oynadılar. Müdafiədə buraxdığımız kobud səhvlər bizə baha başa gəldi”.

Qeyd edək ki, Azərbaycan və Litva yığmaları aarsında ilk yoxlama oyununda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.