“Qarabağ”ın 28 yaşlı ağsaqqalı
29.06.2009 - 17:30
“Qarabağ”ın 28 yaşlı ağsaqqalı
“Başımızı aşağı salıb işimizi görürük. Çox gənc komandamız var. Cəmi 28 yaşım olsa da, komandanın “ağsaqqal”ı sayılıram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın yarımmüdafiəçisi Emin İmaməliyev deyib. Ötən yay kapitan olduğu, çempionluq qazandığı “İnter”dən Ağdam təmsilçisinə keçən Emin ardıcıl iki mövsümdür titul qazanır: “Ötən il kuboku qazandıq. Təbii ki, bu il də hədəflərimiz böyüyüb. Bilirəm, təkrarçılıq olacaq, amma “Rusenborq” nə qədər güclü olsa da, keçilməz deyil. Hal-hazırda çox güclüdürlər. Demək olar ki, çempionluğu qazanıblar, 16 oyundur uduzmurlar”.

Bütün bunlara baxmayaraq mərhələ keçməklə bağlı nikbin olan İmaməliyev sürprizə işarə vurub: “Rusenborq” nə qədər güclü olsa da, bu, o demək deyil ki, biz də məğlubiyyətlə barışmışıq. Hər kəsin beynində bir sürpriz planı var. İlk oyunda qənaətbəxş nəticə qazansaq, cavab oyununda stadionda boş yer tapmaq mümkün olmayacaq. İnşallah, ölkəyə belə bir futbolu yaşadarıq”.