Aleksandr Çertoqanov: Foqts belə qərara gəlib ki...
30.06.2009 - 00:04
“Milli komandaya çağırılmamağımdan xəbərim yoxdur. Qarşıdakı hazırlıq prosesində ehtiyat oyunçular arasında yer almağımı sizdən eşidirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun yarımmüdafiəçisi Aleksandr Çertoqanov deyib.
Artıq 5 ildir ölkəmizdə top qovan 29 yaşlı ukraynalı futbolçu milliləşərək, yığmamıza cəlb olunur. Hələ Şahin Diniyevin dövründə milli komandamızda debüt edən Çertoqanova hazırkı baş məşqçi Berti Foqts da dəvət göndərsə də, son iki oyunda – Uels və İspaniya ilə Bakıdakı oyunlarda şans verməyib: “Ola bilsin ki, həmin vaxta yaxşı formada olmamışam və buna görə də baş məşqçi məni oynatmayıb. Milli komandaya dəvət olunmamağımı normal qarşılayıram. Kənarda qalmağıma görə incikliyim yoxdur. Niyə Foqtsdan inciməliyəm ki? İstənilən halda, yığma ilə bağlı bütün qərarları baş məşqçi verir. Foqts da belə qərara gəlib ki, qarşıdakı hazırlıq proseslərinə məni çağırmasın. Mən də bunu qəbul edirəm. Hər halda, bu, baş məşqçinin qərarıdır və ona hörmətlə yanaşıram. Hazırda bütün diqqətimi yeni klubuma, uyğunlaşma prosesinə yönəltmişəm. “İnter”in əsas heyətində möhkəmlənməyə çalışacağam. Yeni komandamla Avroliqanın birinci təsnifat mərhələsində Slovakiyanın “Spartak” klubu ilə uğurlu çıxış edib, mərhələ keçməyə çalışacağam”.
Qeyd edək ki, Çertoqanov avqustun 12-də Almaniya ilə Bakıda rəsmi oyuna hazırlığın ilk mərhələsini iyulun 27-dən avqustun 6-dək İsveçrənin Sürix şəhərində keçirəcək.

0
0