“Barselona” Samuel Eto’Onu satdı
29.06.2009 - 17:59
“Barselona” rəhbərliyi komandanın kamerunlu hücumçusu Samuel Eto’Onu satmağa razılıq verib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu böyük ehtimalla, karyerasını “Mançester Siti”də davam etdirəcək.
İngilislər hücumçuya 25 milyon funt-sterlinq xərcləməyə hazırdırlar. “Barselona”nın prezidenti Xuan Laporta bildirib ki, təklif olunan məbləğ çox yaxşıdır.
Qeyri-rəsmi məlumatlara görə, “Mançester Siti” Kamerun yığmasının üzvünə həftədə 250 min funt-sterlinq maaş vermək niyyətindədir. Əgər deyilənlər təsdiqlənərsə, Eto’O dünyanın ən çox əməkhaqqı alan futbolçusuna çevriləcək.
“Barselona” rəsmilərinin razılığı əsasında, mançesterlilər birbaşa Samuelin özü ilə danışıqlar aparmaq hüququ qazanıblar.

0
0