Əhməd Dursun necə gəlmişdisə, eləcə də getdi...
29.06.2009 - 23:07
“Əhməd Dursun Bakıya klub rəhbərliyi ilə danışıqlara gəlmişdi. Müqavilə məsələlərində razılaşmadığı üçün geri qayıtdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. Onun sözlərinə görə, türkiyəli hücumçu Əhməd Dursun bu ilin qışından şərəfini qoruduğu Lənkəran təmsilçisində çıxışını davam etdirə bilər: “Çünki Əhməd bizə xəbər göndərib. Dediyinə görə, rəhbərliklə yenidən danışmaq istəyir. Bu gecə Türkiyəyə təlim-məşq toplanışına yollanacağıq. Elə orada Əhmədin məsələsinə tam aydınlıq gələcək. Dursunla görüşsəm də, qısa söhbət etdik. Sakit insandır, ədəb-ərkanını nümayiş etdirdi. Hər halda, təcrübəli, tanınan hücumçudur. Ancaq bizi onun adı yox, oyunu maraqlandırır”.
Mircavadov bildirib ki, Dursunun Özbəkistandan təklif almasından xəbərdardır: “İstənilən halda, onun Mais Mənsimovla konkret söhbəti olacaq. Bu, müqavilənin maliyyə şərtləri ilə bağlıdır. Rəhbərliyin konkret təklifi olur və komandada çıxış etmək istəyən futbolçu bunu qəbul etməlidir”.
Dursunla birgə qışda “Xəzər-Lənkəran”a keçən Fatih Sonkaya isə artıq yeni müqavilə bağlayıb: “Əhməddən fərqli, Fatih yeni müqaviləyə imza atıb. İvan Svetkovla birgə hazırlıq prosesində iştirak edir. Hər ikisi ilə söhbətim olub. Nəzərə almaq lazımdır ki, Fatih güclü klublarda oynayıb. Hollandiya, Portuqaliyanın yüksək liqasında çıxış edib, “Portu” kimi klubunun futbolçusu olub. Həm də Sonkayanın yaşı elə çox deyil, 1981-ci il təvəllüdlüdür. 28 yaşlı təcrübəli legionerdən faydalana bilərik”.

0
0