Zaur Ramazanov: Qurban Qurbanov elə söz deməyib
29.06.2009 - 23:11
Ağdamın “Qarabağ” klubunun hücumçusu Zaur Ramazanov Türkiyəyə səfərə hazırlaşır. 33 yaşlı futbolçu apasport.az saytına açıqlamasında artıq sabah qardaş ölkəyə təlim-məşq toplanışına yollanmasının mümkünlüyünü bildirib. Sağlıq durumunda problemlər yarandığı üçün Bakıda qalan Ramazanov müalicəsinin başa çatdığını, tezliklə komandasının düşərgəsinə qoşulmaq istədiyini bildirib.
“Komandamızın hazırlıq keçdiyi Qızılcahamama Ankaradan yollanmağım nəzərdə tutulub. Ora hava reysləri həftədə iki dəfə - cərşənbə axşamı və cümə günləridir. Mən sabah getmək istəyirəm. Çünki cümə günü gec olacaq. Türkiyəyə hava reysinə bilet sifariş etmişik, cavab gözləyirik” - deyə Ramazanov vurğulayıb.
Zaur “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla mütəmadi danışdığını söyləyib: “Onunla həm dünən, həm də bu gün telefon söhbətim olub. Qurbanov ona lazım olmadığımı deməyib. Transferə çıxarılacağım haqda da söhbət olmayıb. Hər halda, lazım olmasaydım, Türkiyəyə getməzdim. Mənim “Qarabağ”la hələ iki illik müqaviləm var. Əlbəttə, xəstəliyə görə hazırlıq prosesindən kənarda qalmağım, hələ komanda ilə məşq etməməyim öz təsirini göstərəcək. Fikrimcə, “Rusenborq” klubu ilə ilk oyunda meydana çıxmağım çətin olacaq. Çünki iyulun 16-da səfərdə keçiriləcək həmin görüşə qədər tam hazır olmayacağam. Ancaq bir həftə sonra Bakıda keçiriləcək cavab görüşünə kimi bu problem arxada qalar”.
Qeyd edək ki, Ramazanov bir ildir çıxış etdiyi “Qarabağ”la ötən mövsüm Azərbaycan kubokunu qazanıb.

0
0