MOİK növbəti mövsümün hazırlığına başladı
29.06.2009 - 18:55
Mərkəzi Ordu İdman Klubu (MOİK) Azərbaycan futbol çempionatının 2009/10 mövsümünün hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, komandaya gənc məşqçi Ramil Əliyev rəhbərlik edir.
Əliyev apasport.az-a açıqlamasında bildirib ki, “Şəfa” stadionunda keçirilən məşqlərdə seleksiya işləri aparılır: “Ötən ilki heyətdən komandada 12 futbolçu qalıb. Bundan başqa, klubun düşərgəsinə 10-dan çox oyunçu dəvət olunub. Həmin futbolçular arasında seleksiya işləri aparılacaq, bəyəndiyimiz oyunçular komandada saxlanılacaq. MOİK-in rəisi, polkovnik Natiq Əliyev bizə diqqətini göstərir və hazırlığın daha effektli alınması üçün köməyini göstərir”.
Ötən il MOİK-ə birinci diviziondan Premyer Liqaya vəsiqə qazandıran Ramil Əliyevin komandasının gələcək planlarını dəqiq bilinmir. Məsələ burasındadır ki, “hərbçilər” son mövsümdə Premyer Liqadakı mövqelərini itiriblər. Lakin indi “Karvan” və “Turan”ın maliyyə problemlərinə görə, ordu klubunun Premyer Liqaya qayıtmaq ehtimalı yaranıb. Təcrübəli çalışdırıcı da Premyer Liqaya qayıdacaqlarını, yoxsa birinci divizionda yarışacaqlarının müəyyənləşmədiyini vurğulayıb: “Bundan sonrakı planlarımız hansı liqada çıxış etməyimizlə bağlıdır. Əgər Premyer Liqada yarışmalı olsaq, məşqlər intensivləşdirəcək”.
Onu da qeyd edək ki, Əliyevin əvəzinə, MOİK-in əvəzedicilərdən ibarət komandasına Namiq Allahverdiyev təyin olunub. Əsas komandada köməkçi funksiyasını Elşad Quliyev yerinə yetirir.

0
0