Erik Obidike azərbaycanlı qızla evlənib
29.06.2009 - 23:26
Erik Obidike azərbaycanlı qızla evlənib
Afrikalı müdafiəçi Erik Obidike Azərbaycan futbolunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, nigeriyalı futbolçu MOİK-də forma geyinən ilk legioner olub. 1996-cı ildən güclülər dəstəsində mübarizə aparan “hərbçilər” indiyədək əcnəbilərə etimad göstərməsə də, afrikalı bu “tilsim”i qırıb. Dörd ildir Azərbaycanda top qovan Obidike hazırda “Neftçi” klubuna məxsusdur. Flaqmanla uzunmüddətli müqavilə bağlayan müdafiəçi ilk vaxtlarda əvəzedici heyətdə oynayıb. Ötən mövsüm "Turan"a icarəyə verilib, cari çempionatın ilk hissəsini isə "Muğan"da keçirib.

Bununla yanaşı, Erik azərbaycanlı qızla da evlənib. Aytən adlı xanımla internetdə tanış olub, sonra isə görüşüblər. Bu barədə öz dilindən eşidək: “Yaxşı qızdır, çox xoşuma gəlir. Bir-birimizi sevirik. Həyatımı onsuz təsəvvür etmirəm. Aytənin valideynləri münasibətlərimizdən xəbərdar idi. Mən onlara evlənmək təklifi edəndə etiraz etmədilər”.