“O komandaya kim gəlsə də, məqsədə çata bilməz”
29.06.2009 - 23:37
Ötən mövsümün dövrələrarası fasiləsində “Standard”ın baş məşqçisi təyin olunan Badri Kvaratsxeliyanın fəaliyyəti heç 4 ay çəkmədi. Sona 4 tur qalmış vəzifəsindən ayrılan gürcü mütəxəssis klub rəsmiləri ilə yola getmədiyi üçün vəzifəsindən ayrıldı. Bu günlərdə Kvaratsxeliya yenidən ölkəmizə gəlib. Bu və başqa məsələlərlə bağlı gürcü çalışdırıcı apasport.az saytına müsahibə verib.
- Azərbaycana nə vaxt gəlmisiniz?
- 5-6 gün əvvəl.
- Eşitdiyimizə görə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşmüsünüz...
- Ramin Musayevi tanısam da, onunla hər hansı görüşüm olmayıb.
- Sirr deyilsə, Bakıya səfərinizin məqsədi nədir?
- Bəzi təkliflər gəlmişdi, buna görə gəldim.
- Hansı komandadan təklif almısınız?
- Bir-iki klubla görüşmüşəm.
- Premyer Liqadan, yoxsa birinci diviziondan?
- Təbii ki, Premyer Liqadan.
- Anlaşa bildiniz?
- Yox. Şərtlər komandanın iddiası ilə üst-üstə düşmədi. Gördüm ki, söhbətimiz alınmayacaq, çox dərinə getmədim.
- Şərtləriniz nə idi?
- Növbəti çempionatda ilk "altılığ"a düşmək istəyirlər. Amma imkanları o səviyyədə deyil. Digər komandalardan geri qalırlar. Ora kim gəlsə, belə vəziyyətdə qarşısına qoyulan məqsədə çata bilməz. Mən isə işləmək xətrinə işləmək istəmirəm.
- Niyə Gürcüstanda işləmək istəmirsiniz?
- 10 ildən çoxdur ki, Azərbaycan futbolundayam. Buranın futbolunu daha yaxşı bilirəm, nəinki Gürcüstanın. Ordan uzaq düşmüşəm, çox şeydən məlumatsızam. Niyə gedib işləyim, pul da yoxdur. Məşqçilər 300-400 dollar maaş alır, imkanı olan gedir xaricə. Əksər klublar müflislik həddinə çatıb. Maliyyə böhranı Gürcüstan futboluna ağır zərbə vurub.
- "Standard"a ikinci dəfə qayıtmaq istərdiniz?
- O barədə söhbət getmir.
- Bu komandanın təsisçilərdən olan Kamil Məmmədovla mübahisəniz düşdüyü üçün istefaya getmişdiniz?
- Mənim heç kimlə mübahisəm olmayıb. Ardıcıl üçüncü məğlubiyyəti Qəbələdə alandan sonra getmək istədiyimi prezident Emin Babayevin diqqətinə çatdırdım. Həm də bir az əsəbi idim. Bu gün də onlarla normal münasibətim var. Sadəcə, mənə elə gəlir ki, üç oyun uduzan məşqçi getməlidir. Məğlubiyyətləri özümə yaraşdırmadığım üçün ayrılmağı üstün tutdum.
- Yəqin bilirsəniz, "Standard" gələn mövsümdən Sumqayıtı təmsil edəcək?
- Eşitmişəm. Emin Babayevin bu qərarını dəstəkləyirəm. Sumqayıt futbol şəhəridir, çoxlu azarkeşləri var. "Şəfa"da oynayanda stadiona az adam gəlirdi. Boş tribunalar qarşısında oynamaq futbolçular üçün ikiqat əziyyətdir. Görəndə ki, sənə baxan olmur, həvəsdən düşürsən. "Standard" həmişə yaxşı, hücum futbolu göstərib. Bu oyun tərzini qorusalar, hər dəfə Sumqayıtda stadion ağzınadək dolacaq.
- Kaxaber Sxadadze "İnter"in baş məşqçisi təyin olunub. Əvvəlcə "Sioni"də, sonra da "Standard"da onun köməkçisi olmusunuz...
- Hə, olmuşam.
- Yenidən onunla bir yerdə işləmək istəmirsiniz?
- Mənim deməyim heç nəyi həll etmir.
- Valentin Xodukini istefaya göndərən "İnter" üçün Sxadadzeni ideal seçim adlandırmaq olar?
- Mən o klubun daxili işlərinə qarışa bilmərəm. Hərənin öz yolu, seçimi var. Kaxaya "İnter"də uğurlar arzulayıram.
- Sxadadzenin bu çətin vəzifənin öhdəsindən gəlməsi, reallıqla uzlaşır?
- "İnter"in yaxşı rəhbərliyi, futbolçuları və şəraiti var. Heç nə asanlıqla başa gəlmir. Gələn çempionat çox ağır keçəcək. Heç bir klub boş dayanmayıb. "Neftçi" yenə yaxşı komanda yığır. "Bakı", "Xəzər-Lənkəran" və "Qarabağ" da güclü heyət qurur. Mən "İnter"in çempion olmasını istərdim.
- Sxadadze ilə münasibətləriniz indi necədir?
- O, qışda "Standard"dan gedəndən sonra əlaqə saxlamamışıq.
- Münasibətlər korlanıb?
- Bunu ondan soruşun. Mən Kaxanın ancaq yaxşılığını istəyirəm.
- Dəvət etsə, yenidən onunla bir yerdə çalışarsınız?
- Bu suala cavabı Sxadadzedən istəyin. Gürcüstandan özü ilə yeni məşqçi gətirdiyini bilirəm. Mən indi sərbəst çalışmaq istəyirəm. Futbolçu üçün Azərbaycan mənim nəyə qadir olduğumu görüb. "Kəpəz"də, "Şəmkir"də ürəyimi qoymuşam. İstəyirəm ki, məşqçi kimi də nəyə qadir olduğumu göstərim. Şans versinlər mənə. Rəhbərlik arxamda dayansın, bacarığımı göstərim. Məni yerli məşqçilərdən ayırmayın. Azərbaycan ikinci vətənimdir, özümü buralı sayıram.
- Avrokuboklarda ölkəmizi 4 klub təmsil edəcək. Püşklə tanışsınız?
- "Bakı" və "İnter" rəqiblərini keçə bilər. "Simurq"un bəxtinə bir qədər çətin komanda düşüb. "Qarabağ"ın kiminlə oynayacağını bilmirəm.
- Yəqin ki, "Rusenborq"la...
- "Rusenborq"la? O-o-o! Çox güclü komandadır. Kaş "Qarabağ" da mərhələ keçsin.

0
0