“Bney Yehuda” o qədər də qorxulu görünmür”
30.06.2009 - 09:26
“İk baxışdan “Bney Yehuda” o qədər də qorxulu görünmür. Buna baxmayaraq, israillilərin yaxşı kollektiv olduğuna şübhə etmirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun futbolçusu Sergey Artyux deyib.
O, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” komandası ilə matç haqda fikirlərini klubun rəsmi internet saytına açıqlayıb: “Əgər komanda avrokuboklara vəsiqə qazanıbsa, bu, onun səviyyəsindən xəbər verir. Amma təbii ki, biz də öz gücümüzə inanırıq. Qarşımıza qoyulan məqsədə çatmaq - mərhələ adlamaq üçün çox diqqətli olmalıyıq. Bakıda qol buraxmadan qələbə qazanmaq çox vacibdir”.
Qeyd edək ki, “Simurq”la “Bney Yehuda” arasında ilk oyun iyulun 2-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.

0
0