Almaniya yığması Avropa çempionu oldu!
30.06.2009 - 09:31
21 yaşlılar arasında Avropa çempionatının final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, İsveçdə keçirilən turnirin həlledici qarşılaşmasında Almaniya və İngiltərə milli komandaları üz-üzə gəlib.
Qrup mərhələsində də üz-üzə gəlib heç-heçəylə ayrılan rəqiblərin final oyununda böyük hesablı nəticə qeydə alınıb. Teo Uolkott kimi ulduz futbolçunun yer aldığı İngiltərə yığmasını 4:0 hesabı ilə məğlub edən almaniyalılar ilk dəfə qitə çempionu olublar. 1978-ci ildən keçirilən gənclər arasında Avropa çempionatında indiyədək belə uğuru olmayan almanların qollarını Kastro (23-cü dəqiqə), Özil (48-ci dəqiqə) və Vaqner (79 və 84-cü dəqiqə) vurub.

0
0