Süleymanovun yerinə Süleymanov
30.06.2009 - 09:54
Türkiyənin “Fənərbaxça” klubunun bazasında məşq edəcək “Akademiya”nın heyətində dəyişiklik edilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Türkiyəyə gedəcək 23 futbolçunun ötən həftə açıqlanan siyahısında adı olan Ülvi Süleymanov hazırlıqlardan kənarda qalacaq.
“Bakı” klubunun futbolçusunun “Fənərbaxça”nın İstanbul bazasında məşq etməsinə zədəli olması səbəb olub. Buna görə də, “Akademiya”nın heyətinə “Neftçi”nin üzvü Etibar Süleymanov cəlb olunacaq.
Qeyd edək ki, AFFA və “Fənərbaxça” rəhbərliyi arasında əldə olunan razılığa əsasən iyul ayının ortalarından etibarən “Akademiya” komandasının 23 futbolçusu bu klubun İstanbuldakı bazasında yaşayaraq məşq edəcək. Sonra isə daha perspektivli uşaqların burada uzun müddətə qalması və peşəkarlığını artırması nəzərdə tutulub.
Baş verən dəyişiklikdən sonra İstanbula gedəcək oyunçuların siyahısı:
Seyidrazi Ağayev, Mənsur Nəhavəndi, Rauf Əliyev, Qurbanəli Əliyev, Coşqun Diniyev, Adil Nağıyev, Fuad İslamzadə (hamısı “İnter”), Etibar Süleymanov, Əmrəli Quliyev, Pərviz Qaraxanlı, Ravil Məmmədov, Eyyub Əliyev (hamısı “Neftçi” PFK), Namiq Ələsgərov, Rauf Məmmədov, Yusif Bağırov (hamısı “Bakı”), Anar Babayev, Vahid Quliyev (hər ikisi “Neftçi” İSM), Elşad Quliyev, Sadiq Quliyev, Turqut Əlizadə (hamısı “MKT-Araz”), Budaq Nəsirov (“Turan”), Kənan Manaflı, Elnur Süleymanov (hər ikisi “Xudafərin”).

0
0