Baş məşqçi komandanı oyuna çıxarmamış istefa verdi
30.06.2009 - 10:08
Baş məşqçi komandanı oyuna çıxarmamış istefa verdi
Kolumbiyada kuryoz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, yerli “Santa Fe” klubunun çalışdırıcısı Ruben İsrael hədə-qorxu ilə üzləşdiyindən istefa vermək məcburiyyətində qalıb. Maraqlısı isə odur ki, komanda uruqvaylı mütəxəssisin rəhbərliyi altında bir oyun belə keçirməyib. Çünki İsrael ötən ayın sonunda klubla müqavilə bağlayıbmış. Klubun prezidenti Armando Farfan baş verənlərə belə şərh verib: “Baş məşqçimizə bir neçə dəfə zəng edilib. Həm özünün, həm yaxınlarına hədə-qorxu gəlinib. Biz niyə belə olduğunu başa düşmürük. Axı o, stadionun qazonuna ayaq basmağa da imkan tapmadı”. Prezident bəyan edib ki, rəhbərlik onu qərarını dəyişdirməyə inandırmağa çalışacaq. O, baş məşqçinin təhlükəsizliyi ilə məşğul olacağına söz verib.