“İnter”ə baxmağın qiyməti 5 avro
30.06.2009 - 10:37
“İnter”ə baxmağın qiyməti 5 avro
Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Spartak” – “İnter” oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizin səfərdə keçirəcəyi bu oyuna giriş trnavalıların digər matçlarındakından fərqlənməyəcək.

Belə ki, “Spartak” rəhbərliyi qarşıdakı mövsümün bütün ev matçlarına biletlərin məbləğinin eyni olmağına qərar verib. Stadionun üstüörtülü tribunalarında əyləşmək üçün 5 avro (5 manat 67 qəpik) ödəməli olacaq tamaşaçılar üstüaçıq tribunaya daha ucuz qiymətə keçə bilər. Bura biletlər 4 avroya (4 manat 54 qəpik) satılır.

Qeyd edək ki, iyulun 2-də keçiriləcək “Spartak” – “İnter” matçının keçiriləcəyi Anton Malatinski adına stadion 18448 tamaşaçı tutur.