“Neftçi” klubunun üçüncü transferi: Rəşad Abdullayev
30.06.2009 - 11:21
“Neftçi” daha bir futbolçu transfer edib. Komandanın baş məşqçisi Böyükağa Ağayev apasport.az saytına açıqlamasında bildirib ki, “Xəzər-Lənkəran”da çıxış etmiş Rəşad Abdullayev heyətə cəlb olunub. Təcrübəli mütəxəssis hələ “Xəzər Universiteti” klubunda rəhbərliyi altında oynadığı 27 yaşlı sağ cinah yarımmüdafiəçisi ilə yenidən birgə çalışacaq: “Rəşadın imkanlarını yaxşı bilirəm. Onunla çoxdan maraqlanırdım, komandamızda görmək istəyirdim. Elə oldu ki, futbolçunun özü də bizdə oynamaq istədi. Bilirsiniz, Abdullayev ailə problemlərinə görə daha əyalətdə oynamaq istəmirdi. O, Bakıda çıxış etmək istəyirdi və bu mənada “Neftçi”yə keçməyə razılıq verdi”.
Qeyd edək ki, Rəşad 2004-cü ilin yayından “Xəzər-Lənkəran”ın şərəfini qoruyur. O, bu klubun heyətində çempionatda 115 oyun keçirib və 18 qol vurub. Abdullayev “Xəzər-Lənkəran”ın tarixində ən çox oyun keçirən futbolçudur. “Neftçi” buna qədər “Standard”dan Ruslan Əmircanovu, “Turan”dan Asəfi Qədirini transfer edib.

0
0