“İnter” “Park”ı seçdi
30.06.2009 - 11:47
Bakının “İnter” klubunun Slovakiyada qalacağı otel müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, ötən mövsümün vitse-çempionu dörd ulduzlu “Park” otelində məskunlaşacaq.
“İnter” Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində Trnavanın “Spartak” klubu ilk oyununu iyulun 2-də səfərdə keçirəcək. Sabah günün ilk yarısında 35 nəfərlik heyətlə Slovakiyaya yollanacaq paytaxt təmsilçisi elə həmin gün yerli vaxtla saat 19:00-da “Spartak”la görüşəcəyi “Anton Malitinski” stadionunda məşq edəcək.
Qeyd edək ki, ukraynalı hakimlər briqadasının idarə edəcəyi “Spartak” – “İnter” oyunu iyulun 2-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

0
0