“Bney Yehuda” Bakıya məğlub gəlir
30.06.2009 - 11:53
Zaqatalanın “Simurq” klubunun Avropa Liqasının birinci təsnifat mərhələsində rəqibi olan “Bney Yehuda” növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, israillilərin iyulun 2-də Bakıda keçiriləcək ilk matç ərəfəsində son sınağı uğursuz olub. Hayfa "Makkabi"si ilə görüşən Qay Luzonun yetirmələri 1:2 hesabı ilə məğlub olublar. “Bney Yehuda”nın yeganə qoluna 21 yaşlı hücumçu Eliran Atar imza atıb.
Qeyd edək ki, bir neçə gün əvvəl də "Makkabi"ni 2:1 hesabı ilə məğlub edən Təl-Əviv təmsilçisinin həmin oyundakı qollarını da Atar vurmuşdu.
Qeyd edək ki, bir neçə gün əvvəl də "Makkabi"ni 2:1 hesabı ilə məğlub edən Təl-Əviv təmsilçisinin həmin oyundakı qollarını da Atar vurmuşdu.
0
0