Premyer Liqa məhkəmə qarşısında
30.06.2009 - 12:00
Premyer Liqa məhkəmə qarşısında
Ukraynanın “Dnepr” klubunun rəhbərliyi Premyer Liqanın ləğv olunması ilə bağlı Kiyev məhkəməsinə müraciət edib. Apasport.az saytının məlumatına görə, Ukrayna Premyer Liqasının rəhbərliyi ilə klub başçıları arasında il yarımdır sürən qalmaqal məhkəmə salonunda həll oluna bilər.

“Dnepr” klubunun prezidenti bir müddət əvvəl də Premyer Liqanın fəaliyyətindən bezdiklərini açıqlamışdı: “Biz Premyer Liqanın prezidenti vəzifələrini icra edən Vitali Danilovun səlahiyyət müddətini artıq üç dəfə artırmışıq. Lakin indi bir çox klublar bunu istəmir. “Xarkov” klubunu sahibi olan bu şəxs elə işlərdən çıxır ki... “Xarkov”un ikinci dövrə üçün üzvlük haqqını ödəmir. Buna görə öz komandasının hesabından üç xal silir və mövsümün sonunda Premyer Liqanı tərk edir”.