Dieqo Qusmao və Mario Souza “Xəzər-Lənkəran”dan niyə ayrı düşüblər?
30.06.2009 - 12:06
Dieqo Qusmao və Mario Souza “Xəzər-Lənkəran”dan niyə ayrı düşüblər?
“Xəzər-Lənkəran” klubu Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Apasport.az saytının məlumatına görə, 30 nəfərlik heyətlə səfərə çıxan Lənkəran təmsilçisi Bolu şəhərində hazırlıq keçəcək.

Komanda artıq orada “Kaya Green Park” otelində məskunlaşıb və bu gün ilk məşqinə çıxacaq. “Xəzər-Lənkəran” səfərə Dmitri Kramarenko, Kamran Ağayev, Zabit Səfərov, Kostadin Cambazov, Radomir Todorov, Denis Silva, Devran Ayhan, Alim Qurbanov, Nizami Hacıyev, Ruslan Poladov, Rahid Əmirquliyev, Ceyhun Sultanov, Junior Osvaldo, İvan Svetkov və əvəzedici komandadan seçilmiş daha üç gənc futbolçu ilə çıxıb. Türkiyəli müdafiəçi Fatih Sonkaya komandanın sıralarına bu gün qoşulacaq.

“Xəzər-Lənkəran”ın braziliyalı legionerlərindən Denis Silva və Junior Osvaldodan fərqli, Dieqo Qusmao və Mario Souza hələ düşərgədə deyillər. Onlar bir neçə gün sonra Türkiyəyə gələrək, hazırlığa qatılacaqlar. Məsələ burasındadır ki, həm Dieqo, həm də Mario ötən mövsümü zədə ilə başa vurduqlarından və yayda cərrahiyyə əməliyyatı olunduqlarından, onlar üçün məzuniyyət müddəti bir qədər artırılıb.

Qeyd edək ki, iyulun 16-dək Boluda davam edəcək təlim-məşq toplanışında “Xəzər-Lənkəran” 4 yoxlama oyunu keçirəcək.