Nikolov Azərbaycana 2 futbolçu gətirib - FOTO
30.06.2009 - 12:57
Nikolov Azərbaycana 2 futbolçu gətirib - FOTO
Azərbaycanda oynamış bolqarıstanlı futbolçu menecer fəaliyyətinə başlayıb. Apasport.az saytının məlumatına görə, karyerası ərzində ölkəmizdə “Turan”, “Qəbələ” və “Bakı”nın şərəfini qorumuş Asen Nikolov indi də “Simurq”un uğurları üçün çalışır.

Lakin 33 yaşlı futbolçu zaqatalalılara menecer kimi yardım etməkdədir. Uzun müddət Bolqarıstanın “Slaviya” klubunun heyətində çıxış etmiş və “Bebeto” ləqəbi qazanmış Asen həmyerlilərinin “Simurq”a keçidində vasitəçi olub. “Slaviya”nın sabiq oyunçuları Nikolay Valev və Martin Kerçevə menecerlik edən Nikolov bu sahədəki “siftə”sini onların Zaqatala təmsilçisinə transferi ilə rəsmiləşdirib.

Qeyd edək ki, bu futbolçular “Simurq”un tarixində ilk bolqarıstanlı oyunçulardır.