Kristof Daum rəsmən “Fənərbaxça”da!
30.06.2009 - 13:18
Kristof Daum rəsmən “Fənərbaxça”da!
Kristof Daumun “Fənərbaxça” klubunun baş məşqçi postuna qayıdışı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, alman mütəxəssis əvvəldən anlaşdığı sabiq klubu ilə az öncə rəsmi müqavilə imzalayıb. Tədbirdə komandanın prezidenti Əziz Yıdlırım da iştirak edib. Son illərdə vətənində “Köln”ü çalışdıran Daum Türkiyəyə dönməyi daha üstün tutub. Qardaş ölkədə “Beşiktaş”ı da çalışdıran alman məşqçi “Fənərbaxça”ya ölkə çempionluğunu qazandırıb.

Qeyd edək ki, “Fənərbaxça”nı ötən mövsüm 70 yaşlı ispan mütəxəssis Luis Araqones çalışdırıb. İspaniya milli komandasına keçən yay Avropa çempionluğu qazandıran təcrübəli məşqçinin işi uğursuz alındığı üçün istefaya göndərilib.