“Karvan”ın qapıçısı Türkiyəyə gedir?
30.06.2009 - 13:29
Türkiyə çempionatının I Liqasında çıxış edən “Bucaspor” klubu azərbaycanlı qapıçı Vitali Kovalyovla maraqlanır. Lent.az-ın məlumatına görə, bu haqda “Bucaspor” rəsmisi Fevzi Karagöz açıqlama verib. Karagöz bu gün 30 yaşlı qapıçı ilə danışıqlar aparacaqlarını vurğulayıb. Növbəti mövsümdə iddialı komanda qurmağı hədəfləyən “Bucaspor” rəhbərliyi Kovalyovla yanaşı, əvvəllər Türkiyə Superliqasının iddialı komandalarında çıxış etmiş Erhan Albayrak və Erman Güraçarın da transferində maraqlıdır.
Qeyd edək ki, Vitali Kovalyov ötən mövsümü Yevlaxın “Karvan” komandasında keçirib.
Qeyd edək ki, Vitali Kovalyov ötən mövsümü Yevlaxın “Karvan” komandasında keçirib.
0
0