Tuncay Şanlı “Aston Villa”ya keçə bilər
30.06.2009 - 13:54
Tuncay Şanlı “Aston Villa”ya keçə bilər
İngiltərənin Premyer Liqa klubları Türkiyə yığmasının kapitanı Tuncay Şanlı uğrunda mübarizə aparır. Apasport.az saytının məlumatına görə, “Aston Villa” 27 yaşlı hücumçunu transfer etmək istəyir. Son iki il Premyer Liqada “Midlsbro”da keçirən Tuncayla “Liverpul” da maraqlanır. Ancaq Şanlı böyük ehtimalla “Aston Villa”ya keçəcək. Ötən mövsümün yekununa əsasən “Midlsbro” Premyer Liqada yerini qoruya bilməyib, birinci liqaya düşdüyü üçün Tuncay bu komandanı tərk edib. Türkiyəli futbolçu 2010-cu il dünya çempionatına bir il qaldığı dövrdə Premyer Liqada çıxışını davam etdirmək, başqa ingilis klubuna keçmək fikrindədir.