“Dənizlispor” Rəşad Sadıqovla maraqlanmır
30.06.2009 - 14:28
Türkiyə Superliqasında mübarizə aparan “Dənizlispor” klubunun baş məşqçisi Erhan Altının apasport.az saytına eksklüziv müsahibəsi
- Yeni komandada işləriniz necə gedir?
- Çox sağ olun, yaxşıdır. Bir müddət İstanbulda istirahət etdim. Hazırda Dənizlidəyəm və yeni mövsümün hazırlıqlarına başlamışıq.
- “Kocaelispor”da rəhbərliyiniz altında oynayan Rəşad Sadıqovun komandanıza keçidi ilə bağlı hansısa yenilik varmı?
- Bu məsələ hələlik açıq qalır. Onunla yenidən bir yerdə çalışmaq istərdim. Ancaq ona dəvət göndərməmişik.
- Niyə?
- Çünki başqa bir müdafiəçi var ki, əvvəl ona baxacağıq...
- Həmin müdafiəçi kimdir?
- Legionerdir. Menecerimiz onunla görüşə yollanıb. Həmin müdafiəçiyə baxıb, qərarımızı verəcəyik.
- Rəşadı yaxşı tanıdığınız halda, niyə öncə ona dəvət göndərmirsiniz?
- Məsələ ondadır ki, həmin əcnəbi müdafiəçi məndən əvvəl rəhbərliyin maraq dairəsinə düşüb. Mən komandanın baş məşqçi postuna keçəndən sonra ona baxmağı təklif etdilər. Təbii ki, bundan imtina edə bilməzdim və həmin variantı qəbul etdim. Bir sözlə, hal-hazırda, komanda rəhbərliyi Rəşadla yox, həmin əcnəbi ilə maraqlanır.
- Rəhbərliyin dediyinə görə, üç yeni futbolçu alacaqsınız. Onlardan ikisi legioner, biri yerli futbolçu olacaq...
- Doğrudur. Müdafiə və orta sahəyə futbolçu transfer edəcəyik. Bizə həmin mövqelərə oyunçu lazımdır. Xüsusilə, mərkəz müdafiəçisinə ehtiyacımız var. Bu mövqeyə ya həmin əcnəbi müdafiəçi, ya da Rəşadı alacağıq. Seçim edib, son qərarı verəcəyik.
- Belə çıxır ki, artıq Sadıqovun transferi ilə bağlı rəhbərliyə rəsmi müraciət etmisiniz.
- Bəli. Rəhbərliyə raportumda Rəşadın da adını göstərmişəm. O, transfer siyahımızda yer alan futbolçulardan biridir. İstədiyim futbolçular arasında “Kocaelispor”un başqa üzvləri də var.
- Konkret kimlər?
- Rəşadla yanaşı, Murat Hacıoğlu, Adəm Çakır və afrikalı Mazuva Nsumbu.
- Rəşadın özü ilə söhbət etmisinizmi?
- Xeyr, bunu edə bilməmişəm.
- Yəqin ki, Rəşad “Dənizlispor”a baxışa yox, birbaşa müqavilə bağlamağa gələr?
- Yəqin ki, dediyiniz kimi olar. Sözsüz ki, mən Rəşaddan həm futbolçu, həm də insan kimi razıyam. Sadıqovun futbolçu kimi bacarığını yaxşı bilirəm. Onu sınamağa ehtiyac görmürəm. Rəşadın transferi gündəmə gələn zamanı vəziyyətə uyğun hərəkət edəcəyik.

0
0