Azərbaycan yığması hazırlıqlara başlayır
30.06.2009 - 15:02
Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına başlayır. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, çimərlik futbolu üzrə yığmamız iyulun 1-dən 14-dək hazırlıq keçəcək. Emil Cabbarovun yetirmələrinin bu toplanışının Bakıda keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, yığmamız dünya çempionatının bu ay İspaniyada keçirilən Avropa zonası üzrə seçmə mərhələsində 8-ci yeri tutub.
Qeyd edək ki, yığmamız dünya çempionatının bu ay İspaniyada keçirilən Avropa zonası üzrə seçmə mərhələsində 8-ci yeri tutub.
0
0