“Bakı”da daha iki B - FOTO
30.06.2009 - 15:31
“Bakı” mövsümlərarası fasilədə ilk transferlərini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək paytaxt komandası bir neçə vaxtdır baxışda olan futbolçulardan ikisi ilə müqavilə bağlayıb.
Yoxlama görüşlərində özlərini yaxşı tərəfdən göstərən serbiyalı Stevan Bates və braziliyalı Barbosa bir il müddətində Qyoko Hacıyevskinin rəhbərliyi altında oynayacaq. Müdafiəçi olan serbiyalının son klubu Fransanın ikinci dəstə təmsilçisi “Şatoru” olub. 1981-ci ildə Belqradda anadan olan Bates yaxşı fiziki göstəriciləri ilə seçilir. Onun boyu 190 sm, çəkisi isə 81 kq-dır.
Peşəkar karyerasını 19 yaşında başlayan Bates 2000-2002-ci illərdə Serbiyanın "Jelezniçar" klubunda oynayıb. Belqrad təmsilçisində keçirdiyi 58 oyuna 1 qol vuran müdafiəçi "Vojdovaç"a keçərək 2005-ci ilədək bu komandada forma geyib. 51 oyunda meydana çıxıb 4 dəfə fərqləndikdən sonra "Rad"a üz tutub. Bir il burada oynayan Stevan 23 oyuna 2 qol vurub. 2006-cı ildən Fransa çempionatında “Şatoru”nun formasını geyən serbiyalı 66 oyunda 3 qol vurub.

0
0