“Şərəfim tapdalandı, ərim məndən üzr istəməlidir” - FOTOSESSİYA
30.06.2009 - 16:20
“Şərəfim tapdalandı, ərim məndən üzr istəməlidir” - FOTOSESSİYA
“Beşiktaş”ın transfer etmək istədiyi Matteo Ferrari odla suyun arasında qalıb. “Cenoa”nın 30 yaşlı futbolçusu karyerasını Türkiyədə davam etdirmək niyyətindədir. Lakin onun venesuelalı sevgilisi, fotomodel Aida Yespiça İstanbula gəlmək istəmir. Cazibədar gözəlçənin inadı “Beşiktaş” rəhbərliyini çətin vəziyyətə salıb.

Aida deyib ki, İtaliyada çox işləri olduğu üçün Türkiyədə yaşamaq sərfəli deyil. Onun təkidi ilə Ferrarinin “Beşiktaş”a rədd cavab verəcəyi gözlənilir. Halbuki, istanbullular təcrübəli müdafiəçi ilə ildə 1,5 milyon avro müqabilində 3 illik müqavilə bağlamaq niyyətində idilər.

Ferrarinin transferinə maneçilik törədən Yespiça İtaliyada həqiqətən də məşhurdur. O, bir neçə il öncə İtaliyanın baş naziri Silvio Berluskoni ilə dialoquna görə qəzet səhifələrini bəzəyirdi. Belə ki, bir tədbirdə hal-əhval tutan Aida baş nazirə “Sizinlə insan ayağı dəyməyən adaya da getməyə hazıram” demişdi. Berluskoni isə cazibədar fotomodelə belə cavab vermişdi: “Mən də səninlə hər yerə gedərəm”.

Bu dialoqdan sonra baş nazirin həyat yoldaşı Veronika Lario əsəblərini cilovlaya bilməyərək, “La Repubblica” qəzetinin 31 yanvar 2007-ci il sayında xalqa açıq məktub ünvanlamışdı: “Şərəfim tapdalandı. Ərim məndən üzr istəməlidir”.

Aida ilə Ferrari evli olmasalar da, onların Aron adlı oğulları var. Onu da bildirək ki, Yespiça bir vaxtlar Filippo İnzagi ilə də eşq məcarası yaşadığına görə də məşhurlaşmışdı.