Kaxaber Sxadadze “Spartak”ı güclü rəqib saymır
30.06.2009 - 17:15
“Avrokuboklarda ilk oyunu səfərdə keçirməyi üstünlük saymıram. Bu amilin həm müsbət, həm də mənfi cəhətləri var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Ötən mövsüm bitəndən sonra ölkəmizə qayıdaraq bu dəfə “İnter”in sükanı arxasına keçən 41 yaşlı gürcü mütəxəssisin ilk sınağı iyulun 2-də olacaq. Həmin gün Premyer Liqamızın gümüş medalçısı Slovakiyanın Trnava şəhərində yerli “Spartak”la avroliqanın ilk matçına çıxacaq.
Məlum olduğu kimi, cütün qalibi istənilən halda, cavab görüşündə müəyyənləşəcək və bu, iyulun 9-da Bakıda olacaq. Komandamızın ilk oyunu rəqib meydanında keçirməsi üstünlük sayılsa da, Sxadadze bununla razılaşmır: “Bir tərəfdən, ilk oyunu səfərdə keçirəcəyimizdən, cavab görüşündə vəziyyəti dəyişə bilərik. Ancaq digər tərəfdən, yeni komandanı rəqib meydanında yoxlamaq çox çətindir”.
Gürcü mütəxəssis rəqibi güclü saymır: “Hesab etmirəm ki, “Spartak” çox güclü komandadır. Bu rəqib də digərləri kimidir. Növbəti mərhələyə çıxmaq şanslarını 50-50-yə qiymətləndirirəm. İndiki vaxtda həyata keçirdiyimiz transferləri vaxtında atılmış addım sayıram. Avroliqada çıxışımızın davamında heyəti gücləndirməyi davam etdirəcəyik. Çempionatın startı ərəfəsində daha bir neçə vacib transferlər həyata keçirəcəyik”.
Qeyd edək ki, Sxadadze 2008-ci ilin qışından 2009-cu ilin qışına kimi Bakının “Standard” klubunun baş məşqçisi olub.
Mənbə: Extratime.az

0
0