“Turan” çempionata “Taimex”lə qayıdır
30.06.2009 - 23:00
Azərbaycan Premyer Liqasının 2009/10 mövsümündə “Turan” klubunun iştirakı məsələsinə aydınlıq gəlməkdədir. Apasport.az saytının məlumatına görə, maddi problemlər ucbatından dağılmaq təhlükəsi ilə üz-üzə qalan Tovuz təmsilçisi böyük ehtimalla, növbəti çempionatda qüvvəsini sınayacaq.
Belə ki, komandanı yenidən “Taimex” şirkətinin himayəyə götürəcəyi bildirilir. Adıçəkilən şirkət əvvəllər də “Turan”ın sponsoru olub. “Taimex”in rəhbəri Tahir Yusifov isə klubun boş qalmış prezident postunu tutacaq.
Qarşıdakı çempionata yaxşı hazırlaşmaq üçün komandanın heyətinə təcrübəli futbolçuların cəlb olunması, təlim-məşq toplanışlarının təşkili nəzərdə tutulub.
Qeyd edək ki, “Turan” ötən mövsüm 20 xalla Premyer Liqada 11-ci pillədə qərarlaşıb.

- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0