Bakının “İnter” klubunun büdcəsi bəlli oldu
30.06.2009 - 17:27
Bakının “İnter” klubunun büdcəsi bəlli oldu
Bakının “İnter” klubunun büdcəsi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanı Avropa Liqasında təmsil edəcək bakılıların futbolçusu Bronislav Çervenka klubunun bir illik büdcəsinin sabiq həmyerlilərindən gizlətməyib.

Belə ki, 1975-ci il sentyabrın 7-də Çexoslovakiyada anadan olan yarımmüdafiəçi ona yaxşı tanış olan slovakiyalıların büdcə haqqında sualını cavabsız qoymayıb: “Mən bildiyimə görə, 5,5 milyon dollar. Onu da qeyd edim ki, Azərbaycan klublarında orta legioner sayı 5-dir. Əcnəbilərə limit isə ümumiyyətlə yoxdur”.

Karyerası ərzində vətənində “Uyezdeç” (Luxaçoviç), “Uherski Brod”, “Slaviya” (Uherski Hradiste), “Drnovitse”, “Zlin” klublarında oynamış Çervenka 2007-ci ilin yayınadək Çexiya çempionatında 277 oyun keçirərək 22 qol vurub. “İnter”də iki mövsüm keçirən çexiyalı Azərbaycan çempionatında 42 matça 2 qol vurmaqla, bir qızıl və bir gümüş medal qazanıb.