Həsənovu qovan hakim avrokuboklara start verdi
01.07.2009 - 09:29
Avropa kuboklarında 2009/10 mövsümünün startı verilib. Apasport.az saytının məlumatına görə, yeni mövsümün ilk matçı Maltanın Ta-Qali şəhərində baş tutub. Azərbaycan yığmasının dəfələrlə təlim-məşq toplanışı üçün yollandığı bu şəhərdə baş tutan “Hibernians” – “Moqren” qarşılaşması qitə kuboklarında 2009/10 mövsümünün açılışı oyunu kimi tarixə düşüb. Bu görüşün lüksemburqlu hakimi Lük Vilmesin ilk fiti həm də avrokuboklar mövsümünə start verib.
2004-cü ildə “Şəmkir” – “Tbilisi” matçını (1:4) idarə edib Elçin Həsənovu qırmızı vərəqə ilə meydandan qovan Vilmes 2009/10 mövsümünün açılışının müəllifi olub. Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən qarşılaşmanın meydan sahibi olan maltalılar Çernoqoriya çempionu ilə bacarmayıb. Hər hissədə bir qol vuran qonaqlar gələn həftə keçiriləcək cavab oyunu ərəfəsində böyük üstünlük qazanıb.
Çernoqoriyalıların futbolçusu Msarko Çetkoviç isə mövsümün ilk qolunun müəllifi olub.
Çempionlar Liqası, birinci təsnifat mərhələsi
İlk oyun
“Hibernians” (Malta) – “Moqren” (Çernoqoriya) 0:2
Çetkoviç, 32, Qrbiç, 88
Qeyd edək ki, Azərbaycan klubları üçün avrokuboklar mövsümü sabah başlayacaq.

0
0