Dünyanın 161-ci komandası Bakıya gələcək!?
01.07.2009 - 09:57
Dünyanın 161-ci komandası Bakıya gələcək!?
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı 350 komandasının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, son 1 ilin nəticələrinə əsasən müəyyənləşdirilən cədvəldə yenə iki hakimiyyətlilikdir. Ötən ay olduğu kimi, Çempionlar Liqasının finalçıları “Mançester Yunayted” (İngiltərə) və “Barselona” (İspaniya) hərəyə 315 xalla cədvəldə ilk pilləni bölüşürlər. Üçüncü olan digər İngiltərə təmsilçisi – “Çelsi” 276 xalla liderlərdən xeyli geri qalır.

Azərbaycan təmsilçiləri yenə də siyahıya düşməyib. Klublarımızın avrokuboklardakı rəqiblərinə gəlincə, onlardan yalnız biri ən yaxşılar arasındadır. Litvanın “Ekranas”, Slovakiyanın “Spartak”, İsrailin “Bney Yehuda” komandalarından heç biri “350-lik”də yer almayıb. Əvəzində “Qarabağ”ın ikinci təsnifat mərhələsindəki potensial rəqibi olan Norveçin “Rusenborq” klubu son ayda böyük tərəqqiyə nail olub. Ötən ay dünyanın 184-cü komandası olan Tronheymlilər hesabındakı 90 xalla 161-ci yerə qədər irəliləyib.