İlhan Mansız 3 ildən sonra futbola qayıtdı
01.07.2009 - 10:57
Türkiyə milli komandasının sabiq üzvü İlhan Mansız yenidən futbola qayıdır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 34 yaşlı hücumçu 3 illik fasilədən sonra karyerasını bərpa etmək qərarına gəlib.
Bu məqsədlə “Samuray” ləqəbli futbolçu Almaniyanın ikinci liqasında mübarizə aparan “Münhen 1860” klubuna baxışa yollanıb. Komandanın ucuz qiymətə futbolçu axtarışı türk oyunçunu həvəsləndirib. İlhan jurnalistlərə açıqlamasında qarşısına ciddi məqsədlər qoyduğunu bildirib: “Yenidən özümü sübut etmək istəyirəm”.
“Münhen 1860”ın baş məşqçisi Evald Linen isə Mansızın dözümlülük testlərindən uğurla keçdiyini söyləyib: “İndi onun taktiki-texniki durumunu müəyyənləşdirəcəyik”.
İlhanın cümə günü yoxlama matçında forma geyinəcəyi gözlənilir. Məşqçilər korpusu bəyənəcəyi təqdirdə, onunla rəsmi müqavilə bağlanılacaq.
Xatırladaq ki, Mansız 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilmiş dünya çempionatında bürünc medal qazanıb. Elə “Samuray” ləqəbi də ona həmin çempionat vaxtı yaponlar tərəfindən verilmişdi. Yaponların sevgisini nəzərə alan İlhan 2004-cü ildə “Beşiktaş”ı bu ölkənin “Vissel Kobe” klubuna dəyişmişdi.
Ancaq karyerasında eniş dövrü olduğundan, nə “Vissel Kobe”, nə də 2005-ci ildə “Herta”da yaxşı təsir bağışlayıb. Nəticədə istedadlı hücumçu karyerasını 2006-cı ildə “Ankaragücü”də başa vurub. Bundan sonra bir müddət şərhçi kimi də fəaliyyət göstərən İlhan hazırda Münhen şəhərində yaşayır.

0
0