Bekkenbauer Berti Foqtsun proqnozuna münasibət bildirdi
01.07.2009 - 11:14
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts gələn il CAR-da təşkil olunacaq dünya çempionatının final mərhələsi ilə bağlı proqnoz verib. Apasport.az saytının məlumatına görə, hazırda vətənində olan almaniyalı mütəxəssis Afrika milli komandalarının inkişafda olduğunu düşünür. Bu səbəbdən 63 yaşlı çalışdırıcı “qara qitə”də keçiriləcək mundialda afrikalıların uğur qazana biləcəyini düşünür: “Dünya çempionatının yarımfinalında Afrika təmsilçisinin oynaması mümkündür. Bu baş verərsə, heç təəccüblənmərəm”.
Foqtsun dediklərinə onun sabiq komanda yoldaşı, məşhur Frans Bekkenbauer də münasibət bildirib. Almaniya yığmasına son dünya çempionluğunu qazandıran mütəxəssis həmkarı ilə demək olar ki, tam razıdır: “Afrika komandalarının dünya çempionatında ciddi uğur qazanmasını 10 il gözləmişəm. Vətənim Almaniyada keçirilən birincilikdə isə afrikalılar məni lap məyus etdi. Xüsusilə də Kot d’ivuar. Didye Droqba kimi oyunçusu olan yığmadan daha artığını gözləyirdim. Amma indi afrikalıların əlinə əla imkan düşüb. Yarış onların doğma qitəsində keçirilir. Yaxın dostum Berti Foqtsla razıyam. Afrikalıların yarımfinala çıxmasından heç şoka düşməyəcəyəm”.
Qeyd edək ki, indiyədək keçirilən dünya çempionatları ərzində afrikalıların ən yaxşı nəticəsi 1/4 finala çıxmaq olub.

0
0