Yoahim Löv Azərbaycanla oyuna Avropa çempionlarını gətirir
01.07.2009 - 11:41
Avqustun 12-də Azərbaycanla dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək Almaniya yığmasına gənc futbolçular çağırılacaq. Lent.az-ın “Bild”ə istinadən verdiyi məlumata görə, Bundestimin baş məşqçisi Yoahim Löv ölkəsinin gənclərdən ibarət millisinin ötən həftəsonu Avropa çempionu olmasından sonra belə qərara gəlib.
Çempionatda almaniyalı gənclərin oyunlarını izləyən Löv bir neçə futbolçunun əsas millidə çıxış etməyə qadir olduğunu vurğulayıb. O, xüsusən, qapıçı Manuel Noyer, müdafiəçilər Cerom Boatenq, Andreas Bek, yarımmüdafiəçilər Sami Khedira, Məsut Özil və Marko Marinin oyununu vurğulayıb.
Amma Löv almaniyalı gənclərin əksəriyyətini əsas millinin heyətində 2010-cu il dünya çempionatına aparmağı düşünmür: “Hələ onlar üçün tezdir”.
Qeyd edək ki, Azərbaycan – Almaniya matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0
0