Ukraynalı “məşqçilərimiz” evdə yenilməzdir!
01.07.2009 - 11:47
Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora həmyerlilərinin ənənəsini davam etdirməyə çalışacaq. Apasport.az saytının hesablamalarına görə, bu ənənəyə əsasən Avropa Liqasında debüt edəcək zaqatalalılar sabah “Bney Yehuda” ilə oyunda uduzmamalıdır. Belə ki, Azərbaycan klublarını avrokuboklara çıxaran ukraynalı mütəxəssislərin yetirmələri indiyədək heç vaxt öz meydanında uduzmayıb. İndiyədək bu məsuliyyəti üzərinə götürən əcnəbilərdən üçü Pokoranın həmyerlisi olub ki, onlar da üst-üstə 7 qarşılaşmadan məğlubiyyətsiz ayrılıb. Bu görüşlərdə komandalarımız 4 qələbə qazanaraq, 3 dəfə heç-heçə edib.
Ukraynalı baş məşqçilərin komandalarının avrokuboklardakı ev oyunları
Ukraynalı baş məşqçilərin komandalarının avrokuboklardakı ev oyunları
mövsüm | Baş məşqçi | komanda | Rəqibi | hesab |
2006/07 | İqor Nakoneçnı (Ukrayna) | “MKT-Araz” | “Tiraspol” (Moldova) | 1:0 |
2007/08 | İqor Nakoneçnı (Ukrayna) | “MKT-Araz” | “Qrotslin” (Polşa) | 0:0 |
2008/09 | Anatoli Demyanenko (Ukrayna) | “Neftçi” | “Nitra” (Slovakiya) | 2:0 |
| Anatoli Demyanenko (Ukrayna) | “Neftçi” | “Jerminal” (Belçika) | 1:0 |
| Anatoli Demyanenko (Ukrayna) | “Neftçi” | “Vaslui” (Rumıniya) | 2:1 |
| Valentin Xodukin (Ukrayna) | “İnter” | “Rabotniçki”(Makedoniya) | 0:0 |
| Valentin Xodukin (Ukrayna) | “İnter” | “Partizan” (Serbiya) | 1:1 |
0
0