“İnter” “Spartak”la oyuna bombardirsiz çıxır
01.07.2009 - 11:58
Ötən mövsüm vurduğu 17 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan Valter Quqlemon sabah Slovakiyada meydana çıxa bilməyəcək. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubunda forma geyinən 31 yaşlı uruqvaylı hücumçu Avroliqada Trnava təmsilçisi “Spartak”la oyunu buraxmalı olacaq. Buna da səbəb Quqlemona UEFA tərəfindən verilən cəzanın müddətinin başa çatmamasıdır.
O, ötən mövsüm Çempionlar Liqasında “Rabotniçki” (Makedoniya) ilə səfərdə keçirilən cavab görüşünün (1:1) sonunda lazımsız olaraq rəqibə qarşı idmançıya yaraşmayan hərəkətinin əziyyətini çəkir. UEFA-nın Nizam-İntizam Komitəsi birbaşa qırmızı vərəqə alan futbolçunu üç oyunluq diskvalifikasiya edib. Nəticədə Valter ÇL-nin ikinci təsnifat mərhələsində “Partizan”la (Serbiya) hər iki görüşdə komandasına kömək edə bilmədi.
Düzdür, indi avrokuboklarda yeni mövsüm olsa da, futbolçunun cəzası bitmədiyindən necə deyərlər, “belində qalır”. Yəni, Quqlemonun hələ bir oyunluq cəzası qalıb ki, bu da avtomatik “Spartak”la ilk görüşdə də kənarda qalacağı, bir həftə sonra Bakıda keçiriləcək cavab görüşündə isə meydana çıxa biləcəyi deməkdir. Belə olan halda, Slovakiyaya bir növ turist kimi yollanan hücumçu komandaya yalnız azarkeş kimi mənəvi dəstək verməklə, kömək edə bilər.
Valteri hücumda azərbaycanlı həmkarı, Premyer Liqamızın ötən ilki bombardiri Xaqani Məmmədov əvəzləyəcək. 2007-ci ilin yayından “İnter”də çıxış edən 33 yaşlı hücumçu ötən mövsüm daha çox ehtiyatda qaldı. Nəticədə ilk növbədə oyun praktikası sarıdan korluq çəkən Xaqaniyə yeni baş məşqçi Kaxaber Sxadadze daha çox şans verir. Hər halda, Türkiyədə keçirilən yoxlama oyunlarında tez-tez meydana çıxan Məmmədov yenidən qolçuluq bacarığını nümayiş etdirib.

0
0