Yığmamızın futbolçusu “İnter”dən ayrıldı
01.07.2009 - 12:10
Azərbaycan yığmasının müdafiəçisi Vladimir Levin Almaniyaya yollanıb. Apasport.az saytının məlumatına görə, “İnter” klubunun 25 yaşlı ukraynalı müdafiəçisinin yenə zədə problemi ortaya çıxıb. Milli komandada ötən ilin avqustunda İranla səfərdə keçirilən yoldaşlıq görüşündə (0:1) debüt edən Levin bundan sonra ciddi xəsarət aldığından mövsümü demək olar boşa verdi. Elə Almaniyada cərrahiyə əməliyyatı olunan, bundan sonra uzun müddət bərpa prosesi keçən Vladimir yalnız keçən mövsümün sonunda yaşıl meydana qayıda bildi. Milli komandamızın baş məşqçisi Berti Foqts Levini iyunun ilk ongünlüyündə keçirilən hər üç oyunda – Türkiyə, Uels və İspaniya ilə görüşlərdə meydana buraxdı.
Bu gün Slovakiyaya yollanan “İnter”in Avroliqada ölkəmizi təmsil etdiyini nəzərə alsaq, Levin komandasından ayrı düşüb. UEFA-ya göndərilən iştirak ərizəsində adı göstərilən Vladimir Trnavanın “Spartak” klubu ilə hər iki görüşü buraxmalı olacaq. Müayinə olunan milliləşən futbolçunun bir daha cərrahiyyə əməliyyatına məruz qalacağı da gözlənilir.
Qeyd edək ki, Foqts Levini milli komandamızın avqustunda 12-də Almaniya ilə ev oyununa hazırlıq məqsədilə İsveçrənin Sürix şəhərində, ardından Bakıda keçiriləcək təlim-məşq toplanışına çağırıb.

0
0