PFL ad günü ərəfəsində
01.07.2009 - 13:46
Sabah Azərbaycan Peşəkar Futbol Liqası (PFL) bir yaşını qeyd edəcək. Apasport.az saytının məlumatına görə, ötən il iyulun 2-də yaradılan qurum bir illik fəaliyyəti dövründə bir sıra yeniliklər etməklə seçilib. Bu yeniliklərdən biri olan PFL-in rəsmi internet saytı arxada qalan müddətdə ərzində görülən işləri dəyərləndirib.
2008/2009-cu illər mövsümündən etibarən milli futbol çempionatının yeni ad altında – Azərbaycan Premyer Liqasının PFL bayrağı altında təşkil olunması ölkə birinciliyinin həm formatı, həm də keyfiyyəti baxımından beynəlxalq standartlara yaxınlaşması yönündə atılan ilk addımlardan oldu. Ümumiyyətlə, PFL-in təsis olunmasından sonra Premyer Liqada təşkilatçılıq baxımından yüksək işlər görüldü:
1. PFL-nın yeni saytı fəaliyyətə başladı,
2. Əsasnamə və nizam - intizam qaydalarına dəyişiklik edilərək oyun sonrası mətbuat konfranslarında ancaq baş məşqçilərin iştirak etməsi təmin edildi,
3. İlk dəfə olaraq Azərbaycan çempionuna kubok verildi,
4. Premyer Liqada mükafat qazanmış klubların medallarla təltif edilmə mərasimi yüksək səviyyədə təşkil edildi,
5. Təltif etmə mərasimində müxtəlif nominasiyalar üzrə ən yaxşılara mükafatlar təqdim edildi.
6. Premyer Liqa ilə yanaşı eyni zamanda I divizion və əvəzedicilərin çempionlarına da medallar və kubok təqdim olundu.
7. Futbol üzrə Azərbaycan çempionatında ilk dəfə olaraq oyunlara 2 nəfərdən ibarət çəkiliş qrupu göndərildi.
8. Çempionat oyunlarının təhlil olunması, mümkün hakim səhvlərinin dəqiq araşdırılması üçün PFL Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentini yüksək səviyyəli texniki avadanlıqla təmin etdi.
9. Ölkə kubokunun finalı çox yüksək səviyyədə təşkil olundu. Oyun öncəsi şou-proqram, oyundan sonra isə müxtəlif hədiyyələrin (dvd pleyer, noutbuk, musiqi mərkəzi, televizor) uduşu təşkil olundu. Lotereya çəkilişi ilə 1 nəfər şanslı azarkeşə Hyundai i 20 avtomobili təqdim olundu.
10. Uzun aradan sonra Ağdam rayonunun Quzanlı qəsəbəsində yenidən futbol bayramı yaşandı. Ağdamın “Qarabağ” Futbol Klubu öz rəqiblərini Quzanlı qəsəbə stadionunda qəbul etməyə başladı. Bu hadisə Quzanlıda məskunlaşan bir cox məcburi köçkününün sevinc göz yaşlarına səbəb oldu. PFL-in rəhbərliyinin şəxsi təşəbbüsü ilə ölkə KİV nümayəndələrin Quzanlıda keçirilən mövsüm oyunlarına aparılması təşkil olundu.
11. Əvəzedicilərin turnirinin keçirilməsi isə ötən mövsümün ən vacib hadisələrindən biri oldu. PFL-in prezidenti cənab Ramin Musayevin şəxsi təklifindən sonra əvəzedicilərin turnirinin keçirilməsinə start verildi. Oyun praktikası baxımından əziyyət çəkən bir cox gənc oyunçu gərgin rəqabətli turnirdə iştirak etmək imkanı qazandı.
Bütün bu işlər 1 il ərzində həyata keçirildi və yerində addımlamağı xoşlamayan PFL növbəti mövsümdə də futbolumuzu inkişaf etdirmək yönündə bir sıra addımlar atmağı düşünür. Premyer Liqanın oyunları eyni topla keçirilmədiyindən, bu, oyunlar zamanı futbolçular tərəfindən narazılıqla qarşılanırdı. Bunu nəzərə alaraq, yeni mövsümdən etibarən Premyer Liqanın bütün oyunları eyni toplarla, konkret olaraq, “Adidas” firmasının “TerraPass” topları ilə keçiriləcək. Qurumun saytında da bir sıra yeniliklər olacaq. Saytın dizaynında müəyyən dəyişiklik olacaq. Premyer Liqa təmsilçiləri ilə yanaşı I divizion və əvəzedici komandalar barədə tam məlumat yerləşdiriləcək. Bundan başqa oyun sonrası mətbuat konfransında kənar şəxslərin iştirakının qarşısını almaq məqsədi ilə jurnalistlər üçün akkreditasiyalar hazırlanacaq.

0
0