“Simurq” birini kənarda qoydu, birinə dəvət göndərəcək
01.07.2009 - 15:29
“Simurq” birini kənarda qoydu, birinə dəvət göndərəcək
“Simurq”un futbolçusu Rüstəm Məmmədov Avroliqada İsrailin “Bney Yehuda” klubu ilə oyunlarda iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisinin baş məşqçisi Roman Pokora 25 yaşlı yarımmüdafiəçini sifariş etməməyi qərara alıb.

Hazırda heyətdə 21 futbolçudan 20-nin adı UEFA-ya göndərilən iştirak ərizəsində göstərilib. Pokoranı qərarı ilə kənarda qalan Məmmədov mərhələ adlayacağımız halda, ikinci təsnifat mərhələ oyunları üçün sifariş oluna bilər.

Yeri gəlmişkən, həmin vaxt latviyalı hücumçu Girts Karlsonsun da “Simurq”un heyətində yer alması mümkündür. Vətənində Liyepayanın “Metallurq” klubunda oynayan 28 yaşlı ucaboylu futbolçunu Pokora bəyənib. 1,91 metr boya malik Karlsons Zaqatala təmsilçisinin Tiflisdə keçirdiyi təlim-məşq toplanışında iştirak edib, hətta yoxlama oyununda qol da vurub. Sadəcə, Girtsin transfer məsələsini “Bney Yehuda” ilə görüşə qədər çatdıra bilməyən rəhbərlik bu məsələni sonraya saxlayıb. Vaxtilə başqa klublarımızın da maraq dairəsinə düşən, bizə qarşı oynayan Karlsons “Simurq”dan cavab gözləyir.

Qeyd edək ki, zaqatalalılar “Bney Yehuda” ilə görüşə son olaraq ukraynalı yarımmüdafiəçi Ruslan Qunçakı sifariş edib. “Xarkov” klubunun 30 yaşlı kapitanı “Neftçi”yə keçidi baş tutmasa da, karyerasını ölkəmizdə davam etdirəcəyi reallaşıb. Ruslan “Simurq”da 8 nömrəli formanı geyəcək.
0