“Spartak”ın start heyəti müəyyənləşdi
01.07.2009 - 16:35
“Spartak”ın start heyəti müəyyənləşdi
Avropa Liqasının sabah keçiriləcək birinci təsnifat mərhələsinin ilk oyununda Trnavanın “Spartak” klubunun meydana hansı heyətlə çıxacağı məlum olub. Apasport.az saytının məlumatına görə, slovakiyalı həmkarlarımız Bakı “İnter”inin rəqibi olan trnavalıların ilk “11-liy”inin necə olacağını öyrənə bilib.

Təmsilçimizin hücumçuları rəqib qapıçı İvitsa Kralı məyus etməyə çalışacaq. Müdafiə “dördlüyü”ndə Şeyx Həmdi Queye, Yozef Kotula, Peter Dolejal və Tomaş Hanzel yer alacaq. Orta sahədə isə “Spartak” Kamil Kopunek, Roman Proxazka, Martin Hruşka və İqor Sukennikə güvənəcək. Bakılıların qapısını gərginlikdə saxlamaq isə iki hücumçunun – Lübomir Bernatla Vladimir Kozuxun öhdəsinə buraxılıb.

Slovakiyalı həmkarlarımız bu heyətdə iki dəyişikliyin baş verməsini mümkün sayır. Belə ki, yüngül zədələri olan Kral və Kotulanı müvafiq olaraq Miroslav Hrdina ilə Peter Yakubiçka əvəzləməsi istisna olunmur.
0