14 günə 14 futbolçu
01.07.2009 - 17:07
14 günə 14 futbolçu
Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına başlayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, çimərlik futbolu üzrə yığma bu gündən hazırlıqlara start verib. İyulun 14-dək Bakı şəhərində toplanış keçirəcək komanda 14 oyunçu ilə hazırlaşır. Belə ki, komandanın baş məşqçisi Emil Cabbarov Elşad Quliyev, İlham Əzizzadə, Elvin Quliyev, Hikmət Bağırov, Elnur Əhmədov, Vaqif Şirinbəyov, Asif Zeynalov, Emin Kürdov, Müslüm Hüseynov, Sahib Məmmədov, Elhad Əhmədov, Ramil Məcidov, Nuxu Əlicanzadə, Ruslan Hüseynovu toplanışa cəlb edib.
0